Ukrayna Donetskdə təyyarənin vurulmasını təkzib etdi
Bizi izləyin

Dünya

Ukrayna Donetskdə təyyarənin vurulmasını təkzib etdi

Bu gün Ukraynaya məxsus təyyarənin separatçılar tərəfindən vurulması xəbəri təkzib edilib.

Axar.az xəbər verir ki, Ukrayna Terrorla Mübarizə İdarəsi sözçüsü Aleksey Dmitraşkovski Ukraynaya aid hərbi təyyarənin separatçılar tərəfindən vurulduğuna dair yayılan xəbərlərin reallığı əks etdirmədiyini söyləyib.

Dmitraşkovski təyyarənin separatçıların əlində olan “Buk”lar tərəfindən hədəfə alındığını, ancaq təyyarədən atılan topların mərmi sisteminin hədəfindən çıxmasına şərait yaratdığını bildirib.

Qeyd edək ki, bu gün yayılan xəbərdə Donetsk vilayətinin Xarçız şəhəri yaxınlığında Ukrayna təyyarəsinin separatçılar tərəfindən vurulduğu barədə məlumatlar yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm