İraq Rusiyadan 1 milyardlıq silah aldı
Bizi izləyin

Dünya

İraq Rusiyadan 1 milyardlıq silah aldı

Rusiya ilə İraq arasında silah satışı ilə əlaqədar yeni müqavilə imzalanıb.

Axar.az Rusiyanın “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, ötən həftə İraqın Müdafiə naziri Sadun Fardan Əl-Duleymi Moskvaya səfər edib və İraqa silah satılması ilə bağlı yeni müqavilə bağlanıb.

Müqaviləyə əsasən, alınacaq silah və sursatın ümumi dəyəri 1 milyard dollardır. Rusiya Müdafiə Nazirliyindəki mənbənin qəzetə verdiyi məlumata görə, İraqa 4 ədəd uzaq mənzilli “TOS-1A Solntsepyok” zirehli raketi, Nsta-B seriyalı 152 mm-lik toplar, 2B11 və 2B14 tipli minaatanlar və müxtəlif sursatlar satılacaq.

Qəzet İraqın Rusiyadan iyunda 5 ədəd “Su-25” təyyarəsi aldığını, 10 ədəd “Su-27/30” helikopterləri ilə bağlı müzakirələr aparıldığını iddia edir.

Xatırladaq ki, Bağdadla Moskva arasında 2013-cü ildə bağlanan müqaviləyə əsasən, Rusiya İraqa 4,2 milyard dollar dəyərində 36 ədəd Mi-28NE helikopteri və 40 ədəd döyüş təyyarələri əleyhinə Pantsir-S raket kompleksi satmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm