Təl-Əviv Universiteti müharibəyə qoşuldu
Bizi izləyin

Dünya

Təl-Əviv Universiteti müharibəyə qoşuldu

Təl-Əviv Universiteti Qəzzada hərbi əməliyyatlara qatılmaq üçün hərbi xidmətə gedəcək tələbələrə bir illik təqaüd verəcək.

Axar.az xəbər verir ki, Qəzzada hərbi əməliyyatların davam etdiyi bir vaxtda Təl-Əviv Universiteti gənclərə şirnikləndirici çağırış edib. Universitet rəhbərliyi İsrailin Qəzzada apardığı “Qoruyucu xətt” əməliyyatında iştirak edəcək yüzlərlə tələbəsinə təqaüd sözü verib.

Tel-Əviv Universitetinin rektoru Cozef Klafter təhsilini yarımçıq qoyub hərbi xidmətə gedəcək tələbələrə təşəkkür edib. O, təqaüd pulunun İsrail və dünyanın müxtəlif ölkələrində yaşayan “Tel-Əviv Universitetinin dostları” vasitəsilə təmin ediləcəyini açıqlayıb.

Qeyd edək ki, İsrailin 7 iyulda Qəzza zolağında başlatdığı əməliyyatlarda 1119 fələstinli ölüb, 6 min 550 nəfər isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm