Barak Obama məhkəmədə
Bizi izləyin

Dünya

Barak Obama məhkəmədə

Səhiyyə sistemindəki islahatlar zamanı vəzifəsindən sui-istifadə etməkdə ittiham olunan ABŞ prezidenti Barak Obama məhkəməyə verilir. Məlum olub ki, amerikalı konqresmenlər ABŞ prezidentinin məsuliyyətə cəlb olunması üçün hazırlanan qətnaməni dəstəkləyiblər.

Lakin ABŞ prezidenti respublikaçıların ona qarşı iddia qaldırmasını adi oyun kimi qəbul edir. ANS PRESS-in məlumatına görə, çərşənbə günü baş tutmuş səsvermə zamanı qətnamənin qəbul olunması üçün 225 palata üzvü razılıq versə də onlardan 201-i buna qarşı olub. Qanun layihəsi prezidentin əleyhdarları olan respublikaçılar tərəfindən dəstəklənib və qanunauyğun olaraq onun həmfikirləri olan demokratlar tərəfindən rədd edilib.

Qətnamə qəbul edildiyinə görə, artıq 1 avqustundan etibarən nümayəndələr palatasının vəkilləri prezidentə qarşı qaldırılacaq iddiada lazım olan sənədlərin hazırlanmasına başlaya bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm