Dünya
Ukrayna ordusu həlledici hücuma hazırlaşır, Minskdə isə… (Video)
Bu gün Belarusun paytaxtı Minskdə Ukrayna böhranının sülh yolu ilə həlli üçün növbəti cəhd ediləcək.
Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Minskdə üçtərəfli əlaqə qrupunun görüşünün keçirilməsi planlaşdırılır.
Görüşdə isə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, həmçinin ATƏT nümayəndəsinin iştirakı gözlənilir. “Donetsk Xalq Respublikası”nın “baş naziri” Aleksandr Boroday isə görüşdə onların nümayəndəsinin də iştirak edə biləcəyini bildirib.
Kiyevdə isə Ali Radanın qapalı iclasında müdafiə nazirinin hesabatı dinləniləcək, eyni zamanda, baş nazir postundan istefa verən Arseniy Yasenyukun taleyinə aydınlıq gətiriləcək.
Ukraynanın şərqində isə ordu ilə separatçılar arasında döyüşlər davam edir. Ukrayna ordusu hazırda Donetsk şəhəri ilə Avdeyevka şəhəri arasında əlaqəni kəsməyə çalışırlar. Qorlovka şəhəri uğrunda da döyüşlər gedir. Antiterror əməliyyatları qərargahından bildirilib ki, əməliyyatlar finala yaxınlaşır. Bundan başqa, ordu və Milli Qvardiyanın Donetsk və Luqansk şəhərlərinə hücuma hazırlaşdığı xəbər verilir.
Ömər Dağlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB