• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

NATO Moskvanı müqaviləyə əməl etməyə çağırdı

  • Dünya
  • 31 İyul 2014 11:32
  • 394 Baxış
NATO Moskvanı müqaviləyə əməl etməyə çağırdı

NATO Rusiyanı orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilənin (RSMD) şərtlərinə riayət etməyə çağırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, NATO-nun baş katibi Moskvanın 1987-ci ildə imzalanan müqavilənin şərtlərini pozduğunu bildirib.

Onun sözlərinə görə, müqavilə üzrə öhdəliklərə əməl edilməsi Rusiya da daxil olmaqla bütün dövlətlərin təhlükəsizliyini möhkəmləndirir.

Xatırladaq ki, 1987-ci ilin dekabr ayında Vaşinqtonda yüksək səviyyəli Sovet-Amerika görüşü zamanı yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqavilə imzalanıb. Müqavilənən şərtlərinə uyğyn olaraq, SSRİ 826 ədəd orta mənzilli, 926 ədəd yaxın mənzilli, ABŞ isə 689 orta və 170 yaxın mənzilli raketi ləğv etməli idi.

Orta mənzilli raketlər üç il ərzində, yaxın mənzilli raketlər isə ilyarım ərzində ləğv olunmalı idi. SSRİ-də nüvə döyüş başlığı 2500 ədəd, ABŞ- da isə 1320 ədəd ləğv olunmalı idi. Bu proses üzərində ciddi beynəlxalq nəzarət qoyulmalı idi. 1988-ci ilin may ayının sonu – iyun ayının əvvəllərində ABŞ prezidenti Ronald Reyqanın SSRİ-yə səfəri zamanı müqavilənin təsdiqi fərmanları mübadilə edilərək qüvvəyə mindi. Lakin müqavilənin icrası vəziyyətinə görə tərəflər indiyə kimi bir-birini ittiham edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR