“Əl-Qaidə”ni Avropa maliyyələşdirir
Bizi izləyin

Dünya

“Əl-Qaidə”ni Avropa maliyyələşdirir

“Əl-Qaidə”nin qaçırdığı vətəndaşları üçün yüksək məbləğlər ödəyən Avropa ölkələrinin bu yolla terror təşkilatını maliyyələşdirdiyi məlum olub.

Publika.az “New York Tayms”a istinadən xəbər verir ki, “Əl-Qaidə” terror təşkilatı 2008-ci ildən indiyədək Yaxın Şərq və Afrikadakı insan oğurluğu əməliyyatları nəticəsində 125 milyon dollar pul alıb.

Təkcə keçən il təşkilatın 65 milyon dollar gəliri olub. Avstraliya, Fransa, Almaniya, İtaliya və İsveçrə pul verdiklərini nə qədər inkar etsələr də, “Əl-Qaidə”yə yaxınlığı ilə tanınan şəxslər əksini isbatlayırlar. Ən böyük məbləği isə 2010-2013-cü illər arasında Fransa ödəyib. Fransa “Əl-Qaidə”nin Məğrib qoluna nə az, nə çox düz 40.4 milyon dollar ödəyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm