NATO Rusiyanın hücumuna hazır deyil – SOS
Bizi izləyin

Dünya

NATO Rusiyanın hücumuna hazır deyil – SOS

“NATO üzvü olan dövlətlərə Rusiyanın hücum riski kiçikdir. Amma belə bir risk var. Biz NATO-nun belə təhlükəyə hazır olduğuna əmin deyilik”.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözlər Böyük Britaniya Nazirlər Kabineti yanında müdafiə komitəsinin məruzəsində yer alıb.

Məruzə müəlliflərinin fikrincə, Rusiya Federasiyasının taktikası çox tez dəyişir. “Bu taktikaya kiberhücumları, informasiya müharibəsi, həmçinin silahlıların dəstəklənməsi daxildir. Ukraynanın şərqində baş verən hadisələrdə Rusiya güc strukturlarının iştirakı da bunu göstərir. Onların tanınmaması üçün fərqlənmə nişanları istifadə etmirdilər”,- məruzədə bildirilir.

Məruzədə qeyd edilir ki, NATO-nun strukturlarında ciddi nöqsanlar var: “Bu nöqsanlardan biri mümkün təhlükələri kifayət qədər qabaqcadan xəbər vermək qabiliyyətinin az olmasıdır. İttifaqa üzv ölkələrin vahid siyasi iradəsinin olmaması daha bir problemdir. İttifaqın radikal islahatlara ehtiyacı var. Birgə təlimlər həyata keçirilməli, Baltikyanı ölkələrdə NATO qoşunları daimi yerləşdirilməli, potensial təhlükələr haqqında xəbərdarlıq sistemi təkmilləşdirilməlidir”.

Almaniya mətbuatı isə yazıb ki, ölkə hökuməti Şərqi Avropada NATO güclərinin daimi yerləşdirilməsinə qarşı çıxır və Rusiya ilə əməkdaşlığa inanır. Bildirilir ki, Almaniyanın bu mövqeyi NATO-nun sentyabr ayında keçiriləcək sammiti ərəfəsində ittifaqın daxilində qarşıdurmanı gücləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm