Kilsələr Birliyindən qondarma soyqırım addımı
Bizi izləyin

Dünya

Kilsələr Birliyindən qondarma soyqırım addımı

Dünya kilsələri Türkiyəyə qarşı. Dünya Kilsələr Birliyinə (WCC) üzv olan kilsələr 2015-ci il aprelin 24-də qondarma erməni soyqırımını tanımağa hazırlaşır.

ANS PRESS-in məlumatına görə, bunu erməni iddiaları ilə mübarizə dərnəyi (ASİMDER) rəhbəri Göksel Gülbey deyib. Onun sözlərinə görə, kilsələr guya öldürülən 1,5 milyon ermənini şəhid olduğunu iddia edərək, Türkiyəyə qarşı dindən istifadə edib təyziq etməyi planlaşdırırlar.


“2013-cü ildə 30 oktybar– 8 noyabr tarixlərində Dünya Kiliseler Birliyi (WCC) Busanda (Cənubi Koreyada) gerçəkləşdirilən toplantıda erməni rahib katolikos II. Qarageni səsçoxluğu ilə WCC-nin 8 sədrindən biri seçib. WCC-nin qondarma erməni soyqırımının 100 illiyi tədbirinlərində iştirak qərarı narahatlıq yaradır.
WCC-yə üzv olan kilsələr beynəlxalq təşkilatlar, hüquq müdafiəçilərinin iştirakı ilə Cenevrədə beynəlxalq konfrans keçirəcəklər. Burada qondarma soyqırımı qurbanlarını anmaq üçün ayin olması və qondarma soyqırımın tanınması üçün WCC-yə üzv kilsələrin duaya dəvət edilməsi haqqında qərar verilib".


Gülbey Türkiyə və Azərbaycandakı kilsələrin də WCC üzvü olduqlarını və bu konfransa qatılacağını deyib. O, iki ölkənin də rəsmilərini bu məsələ ilə bağlı araşdırma aparmağa, xəbərdarlıq etməyə səsləyib.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm