• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Putin-Merkel gizli razılaşması: Krımla bağlı şok detal

  • Dünya
  • 31 İyul 2014 13:29
  • 594 Baxış
Putin-Merkel gizli razılaşması: Krımla bağlı şok detal

Almaniya kansleri Angela Merkel Ukrayna böhranını həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə məxfi danışıqlar aparır.

Publika.az-ın verdiyi xəbərə görə, bu iddia ilə Böyük Britaniyanın nüfuzlu “The İndependent” qəzeti çıxış edib.

Qəzetin iddiasına görə, Putin və Merkel arasındakı mümkün razılaşma Ukrayna böhranına son qoya bilər. Jurnalist Marqarita Paqana əsas məsələlərin Ukrayna sərhədlərinin müəyyənləşləşdirilməsi, iqtisadiyyatın möhkəmləndirilməsi və yeni təbii qaz razılaşmasının imzalanması olduğunu qeyd edib. Onun sözlərinə görə, daha mübahisəli məsələ Krımla bağlıdır. Jurnalist qeyd edir ki, Moskva Krımın Rusiyaya birləşməsinin beynəlxalq cəmiyyət tərəfindən tanınmasını istəyir.

Gizli danışıqlara yaxın mənbələr iddia edir ki, birinci mərhələdə Rusiya Şərqi Ukraynadakı rusmeylli silahlı qruplara maliyyə və hərbi yardımı dayandırmalıdır. Əvəzində isə bu regiona bəzi səlahiyyətlər veriləcək, Ukrayna prezidenti NATO-ya üzv olmaq üçün müraciət etməyəcək, Putin isə Avropa Birliyinin Ukrayna ilə yeni ticarət əlaqələrinə maneə olmayacaq. Ukraynaya isə “Qazprom”la yeni uzunmüddətli razılaşma təklif ediləcək.

Mənbə həmçinin bildirir ki, Rusiya Krımdakı Hərbi Dəniz Donanmasının icarə haqqını konpensasiya etmək üçün Ukraynaya 1 milyard dollar həcmində maliyyə ayırmağı qəbul edir.

Məlumata görə, “Qazprom”la danışıqlarda aparıcı rolu ukraynalı biznesmeni Dmitri Firtaş oynayacaq. “The İndependent” qəzeti onun artıq ən yüksək sferalarda səhnə arxasında vasitəçi rolunda çıxış etdiyini bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR