Ad gününə bir gün qalmış qəzada öldü
Bizi izləyin

Dünya

Ad gününə bir gün qalmış qəzada öldü

Ötən gecə baş vermiş yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qəza Alaplı mahalının yaxınlığınadakı Belen kəndində baş verib. İki dostu ilə gəzintiyə çıxan sürücü Yavuz Səlim Belen kəndi Fındıklı ərazisində sürət həddini aşaraq qəza törədib.

Qəza zamanı yaralanan Y.Səlim və avtomobildə olan sərnişin İrfan Türkan xəstəxanaya çatdırılsa da, avtomobildə olan digər sərnişin,20 yaşlı Cihan Təməl dünyasını dəyişib. Polis əməkdaşları sürücü Y. Səlimin ifadəsini alaraq barəsində cinayət işi qaldırıblar.

Qəzada dünyasını dəyişən Cihan Təməlin ailəsi jurnalistlərə bildirib ki, o, ad günə bir gün qalmış həyatını itirdi.

Qəza ilə əlaqədar istintaq davam edir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm