Fətullahın “qulaqları”: Gülən altı ildə neçə nəfəri dinləyib?
Bizi izləyin

Dünya

Fətullahın “qulaqları”: Gülən altı ildə neçə nəfəri dinləyib?

Türkiyə hüquq mühafizə orqanları Gülən hərəkatının qanunsuz dinləmələri ilə bağlı hesabat hazırlayıb.

Publika.az “Ulusal Kanal”a istinadən xəbər verir ki, Gülən hərəkatı 6 ildə Türkiyədə on minlərlə insanı dinləyib. İstanbul kəşfiyyat şöbəsində yoxlama aparan müfəttişlər Gülən hərəkatı əməliyyatları çərçivəsində həbs olunan polislərlə bağlı hesabat hazırlayıb. 2008-2013-cü illəri əhatə edən hesabatda telefon dinləmələrinin statistikası ortaya çıxarılıb. Belə ki, Gülən hərəkatı 6 ildə düz 63 min 43 nəfərin telefonunu dinləyib. Bu dinləmələrin 51 min 231-i sim kart üzərindən həyata keçirilib. 11 min 812 nəfər isə telefonunun İMEİ kodu üzərindən dinlənilib.

Hesabatda hansı ildə neçə nəfərin dinlənildiyinə də yer verilib:

2008-ci ildə 10 min 218 nəfər

2009-cu ildə 11 min 961 nəfər

2010-cu ildə 11 min 386 nəfər

2011-ci ildə 16 min 342 nəfər

2012-ci ildə 13 min 577 nəfər

2013-cü ildə 8 min 842 nəfər

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm