Ukrayna vətəndaşlarından müdafiə xərcləri üçün vergi tutulacaq
Bizi izləyin

Dünya

Ukrayna vətəndaşlarından müdafiə xərcləri üçün vergi tutulacaq

Ukrayna Radası Vergi Məcəlləsinə dəyişiklik edib.

Publika.az “Ria-Novosti” agentliyinə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, Ukraynada müvəqqəti olaraq 1,5 faizlik hərbi vergi yığılacaq.

Bu haqda Radanın spikeri Aleksandr Turçinov xəbər verib.

Onun sözlərinə görə, hərbi vergi vətəndaşların məvaciblərindən, mükafatlarından tutulacaq.

Büdcəyə daxil olan vəsait hərbi xərclərə sərf olunacaq.

Hökumət yeni vergilərdən büdcəyə 2,9 milyard qriven (241 milyon dollar – red.) daxil olacağını proqnozlaşdırır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm