Avropa İttifaqı və Avropa Şurası Rusiyaya qarşı birləşdilər
Bizi izləyin

Dünya

Avropa İttifaqı və Avropa Şurası Rusiyaya qarşı birləşdilər

"Başqa ölkənin siyasətinə təsir etmək məqsədi iqtisadi və siyasi şantaj qəbuledilməzdirlər, diplomatik və demokratik normalara uyğun gəlmir”, - qətnamə layihəsində deyilir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu gün keçirəcəyi iclasında Ukraynadakı hadisələrlə bağlı qətnamə qəbul edəcək.

Publika.Az –ın “Kommersant.ru”ya istinadən verdiyi xəbərə görə, qətnamə layihəsində diplomatik sanksiyaların tətbiqi təhlükəsi, həmçinin Kiyev və Moskvanın ünvanına sərt tənqid yer alıb.

Ukraynanın Regionlar Partiyası hesab edir ki, hadisələrə görə, hakimiyyətlə müxalifətin məsuliyyəti sənəddə bərabər səviyyədə göstərilməlidir. “Kommersant.ru” bildirir ki, Rusiyanın AŞPA-dakı nümayəndələri sənəddə Moskva ilə bağlı yer alan tənqidləri silməyi tələb edirlər.

Qətnamə layihəsi AŞPA-nın Ukrayna üzrə məruzəçiləri estoniyalı Maylis Reps və isveçli Marietto Purbe-Lundin tərəfindən hazırlanıb. Sənəddə Ukraynadakı hadisələrə Rusiyanın təsir etdiyi vurğulanıb. Qeyd edilir ki, 21 Noyabr tarixində hökumətin Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında sazişi imzalamaqdan imtina etməsi Ukraynada etirazların ilk nöqtəsi oldu və Ukrayna hakimiyyəti qərarını Rusiya tərəfindən edilən təzyiqlərin nəticəsində verdi.

"Başqa ölkənin siyasətinə təsir etmək məqsədi iqtisadi və siyasi şantaj qəbuledilməzdirlər, diplomatik və demokratik normalara uyğun gəlmir”, - qətnamə layihəsində deyilir.

Qətnamə layihəsi Rusiya tərəfindən sərt qarşılanıb. Qeyd etmək lazımdır ki, AŞPA müstəqil strukturdur və Aİ-yə bağlı deyil. Ancaq Rusiya siyasətçiləri əmindir ki, AŞPA Moskvaya qarşı Brüssellə birlikdə oynamağa başlayıb. “Biz təşkilatın siyasi mövqeyini ifadə edən sənədlərin altında imza qoymağa məcbur deyilik. Ukrayna ilə pozulmuş danışıqlara görə bütün məsuliyyəti Rusiyanın üzərinə qoymağa çalışırlar”, - Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Aleksey Puşkov Strasburqda keçirdiyi brifinqdə bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm