3 polis əməkdaşı döyüldü
Bizi izləyin

Dünya

3 polis əməkdaşı döyüldü

Üç polis əməkdaşı bir qrup şəxslər tərəfindən döyülərək xəstəxanalıq edilib.

Publika.az-ın Türkiyənin “Hürriyət.com.tr” saytına istinadən verdiyi xəbərə görə, hadisə Özcan Gənc Prospektində, Bilal Həbəşi Məscidinin yaxınlığında qeydə alınıb. Məlumata görə, 10 nəfərə yaxın gənc küçədə səs-küy yaradıblar. Ərazidə olan polis əməkdaşları onları asayişi pozmamağa çağırıb. Lakin bu zaman polis əməkdaşları özləri onların hücumuna məruz qalıblar.

Belə ki, gənclər polis rəisi, 40 yaşlı Mehmet Acar, 24 yaşlı Mustafa Pınar və Osman Səlcuku daş və ağacla döyüblər. Polislər bədənlərinin müxtəlif yerlərindən aldıqları zərbədən xəstəxanaya yerləşdiriliblər. Xəxtəxanadan bildirilib ki, polis rəisi, 40 yaşlı Mehmet Acara başından 25 tikiş atılıb, digər polislərin vəziyyəti normaldır.

Hadisəni törədən şəxslər isə qaçaraq istintaqdan yayınıblar. Polis hələ adları istintaqa müəyyən olmayan 10 nəfəri nəzarətə götürüb. Araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm