Kürdlərin liderindən İŞİD-ə ultimatum
Bizi izləyin

Dünya

Kürdlərin liderindən İŞİD-ə ultimatum

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani "İraq və Şam İslam Dövləti" terror qruplaşmasına ultimatum verib.

İraq-Suriya sərhədinin yaxınlığındakı Rabiye bölgəsinə səfər edən M.Bərzani orada kürdlərin silahlı birləşmələri olan "peşmerge"lərin komandirləri ilə görüşüb.

Rabiyə bölgəsinin "peşmerge" qüvvələrinin komandanı Həşim Siiteyi Kürdüstan Demokratik Partiyasının (KDP) rəsmi saytına açıqlama verib.

"Cənab Bərzani bizə dedi ki, peşmergelər ağır silahlar və hərbi texnika ilə təchiz ediləcək. O, Suriyadakı kürdləri qorumağımızı da tapşırdı, təlimat verdi".

M.Bərzani kürdlərdən İŞİD-ə qarşı sərt mübarizə aparmağı tələb edib.

"İŞİD artıq anlasın ki, onunla mülayim davranmaq niyyətində deyilik", - M.Bərzani söyləyib. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm