Gürcüstan "müharibə oyunları"na başladı
Bizi izləyin

Dünya

Gürcüstan "müharibə oyunları"na başladı

Gürcüstan ordusu paytaxt Tbilisidən 20 km aralıda geniş miqyaslı hərbi təlimlər keçirir.

ANS PRESS-in məlumatına görə, qoşunların taktiki-döyüş hazırlıqlarını artırmaq məqsədilə “müharibə oyunları"na tank diviziyası, hərbi hava qüvvələri cəlb olunub.

Təlimlərdə, ümumilikdə 800 nəfərə yaxın şəxsi heyət iştirak edir.

Qeyd edək ki, bu, 2008-ci ilin Gürcüstan-Rusiya müharibəsindən bəri qonşu ölkənin keçirdiyi ilk təlimlərdir.

Gürcüstan müdafiə nazirinin sözlərinə görə, təlimlərin əsas məqsədi həmin münaqişədə yol verilmiş strateji səhvləri aradan qaldırmaq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm