ABŞ Fransa bankını çökdürdü
Bizi izləyin

Dünya

ABŞ Fransa bankını çökdürdü

İran və Sudana tətbiq edilən sanksiyalara məhəl qoymadığı üçün “BNP Paribas” maliyyə qurumu cərimələnib.

Axar.az xəbər verir ki, Fransanın məşhur “BNP Paribas” holdinqi ABŞ tərəfindən cərimələnib. Holdinqə daxil olan eyniadlı bankın İran və Sudana qoyulan sanksiyalara əhəmiyyət verməyərək həmin ölkələrlə əməkdaşlıq etməsi ABŞ-ın 5,79 milyard avro (təxminən 7,7 milyard dollar) cərimələməsinə gətirib çıxarıb. Bu barədə məlumat holdinqin bu səhər açıqladığı hesabatında verilib.

“BNP Paribas”ın itkiləri bununla tamamlanmır. Holdinqə qarşı tətbiq ediləcək cəriməlrdən öncə xəbər tutan əmanətçilərin bir çoxu əmanətlərini başqa banklara köçürüb. Şirkət əmanətçilərin dünya miqyaslı iri şirkətlər olduğunu deyir. Rəsmi məlumatlara görə, son 1 ayda 4,32 milyard avroluq (təxminən 5,79 milyard dollarlıq) əmanət bankdan geri çəkilib.

ABŞ holdinqə qarşı sanksiyasının ilk olmadığını deyən rəsmilər qurumun bütün strukturlarının fəaliyyətinin tam bərpası üçün 200 milyard dollara ehtiyac olduğunu açıqlayıblar.

Xatırladaq ki, hələ bir neçə ay öncə Fransa rəsmiləri “BNP Paribas”a sanksiyaların tətbiq edilməməsi ilə bağlı ABŞ-la danışıqlar aparsa da, bu, nəticəsiz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm