Hərbi qiyamla bağlı yeni kadrlar: “Mənə iki cəsəd lazımdır”
Bizi izləyin

Dünya

Hərbi qiyamla bağlı yeni kadrlar: “Mənə iki cəsəd lazımdır”

Tiflisdə Daxili İşlər Nazirliyi qiyamın təşkilatçıları olaraq polkovnik Koba Otanadze və mayor Levan Amiridzeni həbs etdilər. 2012-ci ilin sonunda hakimiyyətin dəyişməsindən sonra isə onlar azad edildilər.

Gürcüstanda 2009-cu il 5 May tarixində baş verən hərbi qiyam yenidən aktuallıq kəsb edib.Publika.Az –ın “Qruziya Online” xəbər saytına istinadən verdiyi məlumata görə, buna səbəb sosial şəbəkələrdə qiyamla bağlı yeni görüntülərin yayılması olub.

Xatırladaq ki, hadisə 2009-cu il mayın 5-də baş vermişdi. Gürcüstan Baş Prokurorluğunun versiyasına görə, Tiflisdən 20 km-lik məsafədə yerləşən Muxrovani bazasında qaldırılan qiyamın təşkilatçıları tanklarla Tiflisə doğru hərəkət edərək həmin günlərdə müxalifətin kütləvi aksiya keçirdiyi parlament binası qarşısına gəlmək niyyətində olublar.

Mixail Saakaşvili hökuməti bu bazadakı 500 əsgəri və tank bölüyünü Rusiyanın təxribat planına uyğun olaraq təlimləri pozmağa cəhd etməkdə ittiham etmişdi. Belə ki, Rusiyanın etirazlarına baxmayaraq mayın 7-sində Gürcüstanda NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində hərbi təlimlər başlamışdı. Onlarla ölkədən 1100-ə qədər əsgərin qatıldığı təlimlər bir vaxtlar Sovet və rus qoşunlarının olduğu “Vaziani” hərbi hava bazasında keçirilirdi. “Vaziani” hərbi bazası isə Muxrovani hərbi hissəsinin bir neçə kilometrliyində yerləşir.

“Qruziya Online” saytının xəbərinə görə, Gürcüstan Baş Prokurorluğu Muxrovani hərbi bazasında zirehli tank batalyonunun qiyamını əks etdirən və sosial şəbəkələrdə yayılan kadrların mötəbərliyini araşdırmağa başlayıb. Kadrlardan görünür ki, sabiq prezident Mixail Saakaşvilinin hökumət rəhbəri, daha sonra daxili işlər naziri olan Vano Merabişvili operativ müşavirə keçirir. Onun əmri aydın şəkildə eşidilir: "O iki nəfər mənə lazımdır, mənə iki cəsəd lazımdır, bu iki cəsəd gətirin. Hamı böyük mükafat alacaq!”

Gürcüstan prezidenti Georqi Marqvelaşvili istintaq orqanlarını qalmaqallı videogörüntüləri son dərəcə dəqiq araşdırmağa çağırıb. Parlamentin müdafiə və milli təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili bunun faktiki olaraq qətlə sifariş olduğunu deyib. V.Merabişvili səkkiz aydan çoxdur ki, həbsdədir. Ona qarşı irəli sürülən ittihamların sübut olunacağı halda, keçmiş daxili nazirini 17 ilə qədər azadlıqdan məhrum olunma cəzası gözləyir.

Tiflisdə Daxili İşlər Nazirliyi qiyamın təşkilatçıları olaraq polkovnik Koba Otanadze və mayor Levan Amiridzeni həbs etdilər. 2012-ci ilin sonunda hakimiyyətin dəyişməsindən sonra isə onlar azad edildilər.

K.Otanadze və L.Amiridze dünən açıqlamalarında bildirib ki, onlara qarşı xüsusi əməliyyatın iştirakçıları xeyli miqdarda pul mükafatını aldılar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm