Rusların sosial şəbəkədə paylaşdığı foto qalmaqal yaratdı
Bizi izləyin

Dünya

Rusların sosial şəbəkədə paylaşdığı foto qalmaqal yaratdı

Sankt-Peterburqdan olan Dmitri Qrisyuk adlı şəxsin “V kontakte” sosial şəbəkəsində paylaşdığı şəkillər və videoklip qalmaqala səbəb olub.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Qrisyukun videoda Luqansk ətrafında həlak olmuş ukraynalı hərbçilərinin meyitləri arasında gəzişdiyi görünür. Separatçılar meyitlərə işarə edərək söyüş söyür və onların fonunda şəkil çəkdirirlər.

Xəbər verilir ki, artıq Dmitri Qrisyukun sosial şəbəkədəki səhifəsi dondurulub. Bundan əvvəl də rusiyalı hərbçilər sosial şəbəkələrdə fotolar paylaşaraq ukraynalıları qradlarla necə məhv etdikləri haqda danışaraq qürrələnmişdilər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm