Erməni gənclərindən etiraf: ”Müharibə istəmirik, vəziyyət xeyrimizə deyil”
Bizi izləyin

Dünya

Erməni gənclərindən etiraf: ”Müharibə istəmirik, vəziyyət xeyrimizə deyil”

Bu gün cəbhə bölgəsində baş verən hadisələr sosial şəbəkələrdə ermənilər tərəfindən qızğın müzakirələrə səbəb olub. Razm.info saytının forumunda şərhində Lusine Arutunyan adlı istifadəçi yazır: “Bu döyüşlər təəssüf ki, nəticəni dəyişə bilməz. Bizim gənc nəsil müharibənin yenidən başlamasına icazə verməməlidir. Ümidsizik”.

Saytın admini isə Lusineyə cavab olaraq yazıb ki, “müharibə artıq başlayıb. Vəziyyət isə bizim xeyrimizə deyil”.

Tiqran adlı digər user də münaqişənin yenidən başlamasının əleyhinədir: ”Müharibə başlayanda 12 yaşım vardı. Mən bu dəhşətlərdən keçmişəm. Onları yenidən yaşamaq istəmirəm”.

İyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm