Ərdoğandan kürd seçicilərinə növbəti jest – VİDEO
Bizi izləyin

Dünya

Ərdoğandan kürd seçicilərinə növbəti jest – VİDEO

Türkiyə prezidentliyinə namizəd Ərdoğan kürdlərin dəstəyinə hesablanan addımlar atmaqda davam edir. “TRT 6” kürdcə yayımlanan telekanalın açılmasından sonra indi də “Qurani- Kərimi” kürdcə çap etdiriblər.

Publika.az xəbər verir ki, avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. Seçkidə namizəd olan Baş nazir R.T.Ərdoğan yeni seçki təbliğatını işə salıb. Belə ki, bundan öncəki 2009-cu il bələdiyyə seçkisində kürd seçicilərdən dəstək almaq üçün kürdcə yayımlanan “TRT 6” kanalının açılışını edən Ərdoğan indi də ”Qurani Kərim”i kürdcə çap etdirib.

Kürdlərin kompakt məskunlaşdığı cənub şərq bölgəsi olan Mardində seçki təbliğatı çərçivəsində mitinq təşkil edən baş nazir “Qurani Kərim”in kürdcə tərcüməsini əlinə alaraq xalqa xitab edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm