Jirinovskidən sərsəm çağırış: ”Günəşi bağlamaq lazımdı, hava çox istidi” – VİDEO
Bizi izləyin

Dünya

Jirinovskidən sərsəm çağırış: ”Günəşi bağlamaq lazımdı, hava çox istidi” – VİDEO

Son günlər Moskvada hava həddən artıq isti keçir.

Hədsiz günəşli hava şimal paytaxtının əhalisi üçün problemlər yaradır.

Hər zaman qalmaqallı çıxışları ilə diqqət mərkəzində olan Vladimir Jirinovski moskvalılara dəstək aksiyası keçirib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, LDPR sədri şəhərin ortasında köynəyini soyunaraq fontanda çimib. Partiyasının üzvləri isə Jironovskiyə tamaşa edənlərə pulsuz dondurma paylayıblar.

Jirinovski Günəşə müraciət edərək hiddətini bildirib: ”Günəşi bağlamaq lazımdı. Bağlamaq. İnsanlar istidən artıq yorulub”.

Deputat əhaliyə bildirib ki, isti günlərdə Günəşin bağlanması üçün Dumada məsələ qaldıracaq.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm