Putin hərbi səfərbərlik elan etdi
Bizi izləyin

Dünya

Putin hərbi səfərbərlik elan etdi

Rusiya Müdafiə Nazirliyi ehtiyatda olan bütün hərbi mükəlləfiyyətçilərin çağırışını elan edib.

“Hərbi hazırlıq iki ay ərzində bütün hərbi hissə və bölmələrdə keçiriləcək”, - deyə Nazirliyin verdiyi məlumatda bildirilir.

Ehtiyatda olan çağırışçılar modernləşdirilmiş yeni silah və hərbi texnikalarla tanış olacaqlar. Məşqlər “Vostok-2014” strateji komanda-qərargah təlimləri çərçivəsində keçiriləcək.

Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, bu cür tədbirlər hələ ötən ilin noyabrında planlaşdırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm