Qəzzada atəşkəs iki saat davam etdi
Bizi izləyin

Dünya

Qəzzada atəşkəs iki saat davam etdi

Qəzzada 72 saatlıq atəşkəs rejiminin qüvvəyə minməsindən iki saat sonra sonra İsrail tanklarının atəşi nəticəsində 40 fələstinli həyatını itirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İsrail ordusu atəşkəsin sona çatdığını açıqlayıb.

Açıqlamada həmçinin İsrailin bir hərbçisinin qaçırıldığı qeyd olunub. İsrail atəşkəsin pozulmasına görə məsuliyyəti Həmas və Fələstindəki digər təşkilatların üzərinə qoyub. Təl-Əviv Rifah şəhəri yaxınlarında İsrail hərbçilərinin atəşə tutulduğunu bildirib.

Xatırladaq ki, İsrail ilə Həmas 72 saatlıq atəşkəsin təmin olunması ilə bağlı razılığa gəlmişdi. Atəşkəs bu gün yerli vaxtla saat 08:00-dən başlanmışdı.

ABŞ dövlət katibi Con Kerri və BMT baş katibi Pan Ki Munun adından yayılan açıqlamada bildirilirdi ki, Qəzzada yaşayan vətəndaşlar atəşkəs müddətindən ərzağın toplanması, cənazələrin dəfn edilməsi, yaralıların müalicə edilməsi üçün istifadə edəcək. Bu müddətdə həmçinin əhalini su və elektriklə təmin edən müəssisələrin də təmir ediləcəyi deyilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm