• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Erməni eksperti: “Bakıda səfərdən sonra gördüm ki…”

  • Dünya
  • 1 Avqust 2014 17:43
  • 985 Baxış
Erməni eksperti: “Bakıda səfərdən sonra gördüm ki…”

“Bakıda səfərdən sonra gördüm ki, Azərbaycan tərəfi fövqəladə dərəcədə özünə inanır. Rusiyadan silahlar aldıqdan sonra Azərbaycanda Ermənistan-Rusiya münasibətlərində problemlərin olması barədə böyük əminlik yaranıb”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni eksperti Riçard Kirakosyan Azərbaycam-Ermənistan təmas xəttində baş verən son qarşıdurmaları şərh edərkən deyib.

Erməni eksperti təmas xəttində baş verən hadisələr fonunda Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan-Ermənistan prezidentlərinin görüşünün baş tutacağını istisna edir. Onun fikrincə, belə bir görüş BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək sessiyasında keçirilə bilər.

R.Kirakosyan Rusiyadan verilən təhlükəsizlik zəmanətinə də həmişə şübhə ilə yanaşdığını bildirib: “Rusiya rəsmiləri açıq şəkildə qeyd edir ki, KTMT Qarabağa mümkün hücuma heç vaxt qarışmayacaq. Sual oluna bilər ki, Rusiya Ermənistanın təhlükəsizliyinin zamini rolunda çıxış edirsə, Azərbaycana niyə silah satır? Hazırda belə bir təhlükə var ki, Rusiya Dağlıq Qarabağda gərginliyi provokasiya edə bilər. Bundan sonra isə Rusiya Qarabağda sülhməramlılarını yerləşdirmək istəyəcək. Bu həm Ermənistan, həm də Qarabağ üçün qəbuledilməz olacaq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR