Madonnadan İsrail və Fələstinə çağırış
Bizi izləyin

Dünya

Madonnadan İsrail və Fələstinə çağırış

Dünya şöhrətli müğənni Madonna İsrail və "Həmas" arasında davam edən müharibə ilə əlaqədar olaraq sosial şəbəkədə paylaşdığı şəkillər qalmaqal yaradıb.

ANS PRESS-in məlumatına görə, ifaçı milyonlarla insana şəbəkələrdə çağırış edib. Madonna 2006-cı ildə İtaliyanın paytaxtı Romada "Orta şəhərdə müharibəyə son" adlı konsert proqramı ilə çıxış etdiyi zaman lentə alınan bir şəkili İnstagramda paylaşıb. Birinin sinəsində "Davud ulduzu", digərinin isə "Müsəlman ay-ulduzu"nun rəsmi həkk olunmuş rəqqasların fotolarını nümayiş edib. Daha sonra isə "Müharibəyə yox! Hər birimizin qanı eyni rəngdir" şərhini yazıb.

Madonna ötən gün isə üzərində həm ərəb, həm də ibri dilində "Sülh" yazılmış kalliqrafiya paylaşmışdı. Bundan sonra ifaçı Fələstinin tərəfini saxlamaqda ittiham olunmuşdu. Müğənni buna cavab olaraq "Heç kimin tərəfində deyiləm. Sülh tərəfdarıyam" deyib.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm