Liviyalılar ölkəni tərk edirlər
Bizi izləyin

Dünya

Liviyalılar ölkəni tərk edirlər

Liviyada yaşanan zorakılıqlar qonşu ölkələrə də təsirsiz ötüşmür. Son bir neçə həftədir ki, ölkədə baş qaldıran zorakılıqlardan qaçmağa çalışan xarici ölkə vətəndaşları Tunis sərhədində üz tutublar.

Sərhədi qanunsuz şəkildə keçməyə çalışan minlərlə liviyalı ilə Tunisin sərhəd xidmətçiləri arasında qarşıdurmalar yaşanıb. Sərhədçilər gərginliyi yatırmaq üçün gözyaşardıcı qazlardan və silahdan istifadə etməli olub. İki gün öncə sərhədi zorla keçməyə çalışan iki nəfər güllələnərək öldürülmüşdü. Tunis rəhbərliyi sərhədi keçmək istəyənlərin əksəriyyətinin vizasız olduğunu məruzə edib.

İyul ayının 13-ündən başlayaraq paytaxt Tripolidə beynəlxalq hava limanını ələ keçirməyə çalışan üsyançılara qarşı mübarizə gedir. Sabiq Müəmmər Qəddafi dönəmində baş qaldıran ərəb baharı inqılabından sonra tərksilah olmayan üsyançılar hazırda Benqazi şəhərinə nəzarəti ələ alıblar. Liviya ordusu hərbi bazalara nəzarət etsə də, hələ ki, döyüşlərdə üstünlük qazana bilmir.

Xaotik vəziyyətlə əlaqədar xarici ölkə vətəndaşları, eyni zamanda, diplomatlar Liviyanı tərk ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm