Ukrayna Rusiyanın 12 aviaşirkətini cərimələdi
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanın 12 aviaşirkətini cərimələdi

Ukrayna Dövlət Aviasiya Xidməti Rusiyanın 12 aviaşirkətini Ukraynanın hava məkanından istifadə qaydalarını pozduğuna görə 90 milyon qrivna cərimələyib.

ANS PRESS-in məlumatına görə, ən böyük cərimələr “Aeroflot” və “VİM-Avia” şirkətlərinə tətbiq edilib. Siyahıya, həmçinin, dövlətin rəsmi şəxslərinin daşınmasını həyata keçirən “Rossiya” xüsusi uçuş dəstəsi və “Qazprom Avia” şirkəti də daxil edilib.

Cərimələnmiş aviaşirkətlərin siyahısına Krıma uçuşlar həyata keçirən “Dobrolyot” və “Transaero” şirkətləri daxil edilməyib.
"RusDjet" aviaşirkəti 408 min qrivna, Red Wings 272 min qrivna , "VİM-Avia" 1,088 milyon qrivna, "Qazpromavia" 272 min qrivna, "Ural hava yolları" 272 min qrivna cərimələnib.

Siyahıya başqa Rusiya şirkətləri: "Qlobus", "PMA "Şar ink Ltd"", "224 letnıy otryad", "Xüsusi uçuş dəstəsi "Rusiya", "Ak Bars Aero", "Atran", və "Mərkəz-Cənub" sviaşirkəti daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm