Dünya
Fələstində ölənlərin sayı 1622-yə yüksəldi (VİDEO)
İsrail ordusunun cümə axşamı gecəsindən bu günə kimi Qəzzaya təşkil etdiyi hücumlarda 182 adamın həyatını itirdiyi, 545 adamın da yaralandığı bildirilir.
ANS PRESS-in məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi sözçüsü
Əşrəf əl-Kudra, İsrailin 7 iyuldan bu yana davam edən hücumlarında
ən ağır itki verdiklərini ifadə edərək, "İsrailin başda Rifah olmaq
üzrə müxtəlif şəhərlərə təşkil etdiyi hücumlarda, 182 Fələstinli
öldü. Əksəriyyəti qadın və uşaq 545 adam yaralandı" dedi. Kudra
hücumların başlamasından bu yana 1622 adamın həyatını itirdiyini, 8
min 795 adamın yaralandığını söylədi.
Xatırladaq ki, "Qoruyucu Xətt" adı altında 7 İyulda Qəzzaya havadan
hücum başladan İsrail ordusu, 17 İyul Cümə axşamı axşamı qurudan
hücuma keçib.
Daha sonra BMT Baş katibi Ban-Ki-Mun və ABŞ xarici işlər naziri Con
Kerri dünən gecə etdikləri ortaq yazılı şərhdə, İsrail ilə Həmas
arasında 3 günlük insani atəşkəsin təmin edilməsi mövzusunda
razılaşmağa gəldiyini demişdi. Həmas da səhər 08.00 'də başlayan 72
saatlıq atışkəsi qəbul etmişdi. Lakin İsrail ordusu atəşkəsin
elanından 2 saat sonra Rifah şəhərinin şərqini toplardan atəşə
tutmağa başlayıb.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR