Daha 4 rayon separatçılardan azad edildi
Bizi izləyin

Dünya

Daha 4 rayon separatçılardan azad edildi

Ukrayna antiterror gücləri daha dörd yaşayış məntəqəsini separatçılardan azad edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Azad edilən yaşayış məntəqələri Krasnoqorovki, Donetçine, Saur-Moqili və Şaxterskoqo rayonlarıdır.

“Ukrayna ordusu yeni qələbələr üçün hərbi əməliyyatlarını davam etdirir. Şübhə yoxdur ki, yeni qələbələr irəlidədir”, - hərbi ekspert yazıb.

Qeyd edək ki, Ukrayna antiterror gücləri dünəndən başlayaraq əməliyyatların aktiv mərhələsinə keçib. Ukrayna hakimiyyəti 31 iyulu “ATƏT günü” elan edərək separatçılara qarşı antiterror əməliyyatlarına fasilə vermişdi. Kiyev bu addımı “Boinq-777” sərnişin təyyarəsinin düşdüyü ərazidə beynəlxalq ekspertlərin fəaliyyətinə lazımi şəraitin yaradılması məqsədilə atmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm