• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Obama Putinə tək şərtini açıqladı

  • Dünya
  • 2 Avqust 2014 10:51
  • 531 Baxış
Obama Putinə tək şərtini açıqladı

“Rusiyanın rəhbərliyi ölkəsinə qarşı tətbiq olunan sanksiyaların ləğvi üçün konkret addımlar atmalıdır”.

Publika.az-ın “BBC Ukrayna”ya istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obama Ağ Evdə çıxışı zamanı deyib.

Obama bildirib ki, Birləşmiş Ştatların mövqeyi çox sadədir: “Separatçılara dəstəkdən imtina edin, sanksiyalar ləğv olunacaq və iqtisadiyyat yenidən yüksəlməyə başlayacaq”.

Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini şərh edən ABŞ lideri həmkarının bunu etmədiyini söyləyib. O, bütün insanların səmərəli hərəkət etmədiyini, orta və uzunmüddətli maraqları nəzərə almadığını vurğulayıb.

Xatırladaq ki, dünən V.Putinlə B.Obama arasında telefon söhbəti olub. Putin bildirib ki, Moskvaya qarşı Vaşinqton tərəfindən tətbiq olunan sanksiyalar ABŞ-Rusiya münasibətlərinə və beynəlxalq sabitliyə ziyan vurur. Obama isə öz növbəsində Kremli Ukraynanın şərqində separatçıları dəstəkləməyi dayandırmağa və beynəlxalq müqavilələrə əməl etməyə çağırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR