• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"McDonalds" 27 milyon dollar cərimələndi

  • Dünya
  • 2 Avqust 2014 10:58
  • 370 Baxış
"McDonalds" 27 milyon dollar cərimələndi

ABŞ məhkəməsi "McDonalds"a 27 milyon dollar cəza kəsib. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb 2012-ci ildə "McDonalds"ın bu ölkədəki restoranında bir gənc oğlanın hücuma məruz qalması və nəticədə dünyasını dəyişməsidir. Onu xəstəxanaya aparmağa çalışan sevgilisi də keçirdiyi avtomobil qəzasında ölmüşdü.

Belə ki, 18 yaşlı Denton James Vard "McDonalds" restonanında hücuma məruz qalıb dünyasını dəyişmişdi, onu xəstəxanaya aparmağa şalısan 19 yaşlı sevgilisi Lauren Bailey Crisp avtomobil qəzasında ölmüşdü.

ABŞ məhkəməsi ölən gəncin təhlükəsizliyini təmin etmədiyinə görə, "McDonalds"ın 27 milyon dollar təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.

Şirkət isə Denton James Vardın restoranın parkında hücuma məruz qaldığını və "McDonalds"ın məsuliyyət daşımadığını iddia edib. Şirkət həmçinin iddia edir ki, davada 15 nəfər iştirak etsə də, onlardan yalnız biri nəzarətə götürülmüş və 3 aylıq həbs cəzası verilmişdi. Buna görə də şirkətdən bu qədər təzminat tələb edilməsi əsassızdır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR