• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ən təhlükəli rus separatçısı məhv edildi

  • Dünya
  • 2 Avqust 2014 11:16
  • 745 Baxış
Ən təhlükəli rus separatçısı məhv edildi

Ukrayna ordusunun tərkibindəki “Batkovşina” batalyonu təhlükəli rus separatçısı, Leşiy ləqəbli komandiri məhv edib.

Publika.az xəbər verir ki, bu haqda “Batkovşina” batalyonunun mətbuat xidməti Marat Süleymanov məlumat yayıb.

O bildirib ki, Leşiy – qondarma Luqansk Xalq Respublikasının ən döyüşkən hərbi hissələrindən olan “Prizrak” (ruh) batalyonunun komandiri idi. Bu batalyon yalnız peşəkar hərbçilərdən təşkil olunmuşdu. Odur ki, Ukrayna ordusuna problem yaşadırdı.

Ukraynalıların kəşfiyyat dəstəsi Leşiyin gizləndiyi mövqeni aşkarlayaraq məhv edib. Komandirləri öldürülən “Prizrak” batalyonu artıq dağılıb.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR