Erməni eksperti: “1500 dul qalan qadının vəziyyətini təsəvvür edirsiniz?”
Bizi izləyin

Dünya

Erməni eksperti: “1500 dul qalan qadının vəziyyətini təsəvvür edirsiniz?”

Erməni mediasının məlumatına görə, erməni eksperti Harutyun Mnatsaqanyan bu gün müharibə çağırışı edən siyasətçilərə, hərbi ekspertlərə, vətənsevərlərə qısa arayış təqdim etdi.

Son illərdə həftədə 1 şəhid veririk, illik isə 50 şəhid veririk. İndi isə sizin istəyinizi nəzərə alaraq, başladıq müharibəyə. Hər biriniz bilirsiniz ki, bu dəfə itkilərimiz və dağıntılarımız daha çox olacaq. Müqayisədə 1992-1994-cü illərədən çox itki olacaq. Bu dəfə itkilərimizin sayı 1500 nəfərə qədər çatacaq.
Təsəvvür edirsiniz, millətin ən dəyərli və cavan nəsli qırılacaq.

Tutaq ki, çatdıq hər hansı X şəhərə, sonra?

Bəs 1500 qızların və dul qalan qadınların vəziyyətini təsəvvür edirsiniz?

Hansılar ki, həlak olanların ya həyat yoldaşlarıdır, ya da gələcək sevgililəri. Həlak olanların həyat yoldaşları gərək övladlarını saxlamaq üçün gündə iki yerdə öz sağlamlıqlarının hesabına çörəkpulu qazansınlar, digərləri isə iş tapmayanda ya olacaqlar fahişə, ya da ki hər hansı heyvanın əxlaqsız saxladığı.

İctimaiyyət isə həlak olanların balalarını cəmiyyətin ən tərbiyəsiz övladı kimi tanıyacaqlar. Heç kim bilməsin ki, həmin uşaqlar vətəni və xalqı üçün dəyərli bir vətəndaş olacaqlar. Ərə getməyənlər isə məcburən qorxaqlarla və fərarilərlə evlənərək genimizi dəyişəcəklər.

“KarabakhİNFO.com”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm