Ukrayna ordusu daha 2 şəhəri azad etdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu daha 2 şəhəri azad etdi

Bu gün Ukraynanın antiterror əməliyyatı qüvvələri Donetsk yaxınlığında yerləşən 2 şəhəri azad ediblər. Ordunun uğurlu hərbi əməliyyatları nəticəsində Krasnoqorovka və Staromixaylovka şəhərləri artıq separatçılardan tamamilə təmizlənib.

Publika.az-ın “UNİAN”-a istinadən verdiyi məlumata görə, bu haqda Milli Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Analitik İnformasiya Mərkəzinin təmsilçisi Andrey Lısenko Kiyevdə bugünkü mətbuat konfransı zamanı bildirib. O, qeyd edib ki, xüsusi əməliyyat qüvvələri separatçılar ətrafında mühasirə həlqəsini əhəmiyyətli dərəcədə daraltmağa müvəffəq olublar: “Hazırda həmin ərazidə ordunun mövqeləri möhkəmləndirilir. Yaxın günlərdə azad edilmiş Kramatorskda isə terrorçu qruplaşmaların qalıqları neytrallaşdırılır”.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm