İğdırlılar Ermənistan sərhədinə yürüş edəcək
Bizi izləyin

Dünya

İğdırlılar Ermənistan sərhədinə yürüş edəcək

İğdırda yaşayan azərbaycanlılar Ermənistanla sərhəddə yerləşən Əlican sərhəd-keçid məntəqəsinə yürüş etməyə hazırlaşır.

Bu barədə Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin rəhbəri Göksəl Gülbəy xəbər verib. O, Ermənistanla döyüşlərdə Azərbaycan hərbçilərinin şəhid olması xəbərinin İğdırda ağrı ilə qarşılandığını bildirib.

“Dünən şəhərimizdə yaşayan Azərbaycan türkləri ilə söhbət etdik. Hamısı üsyan edir, deyir ki, nə qədər gözləyəcəyik? Hətta "sərhədə kimi yürüş edək" dedilər. Amma biz Azərbaycanın reaksiyasını gözləyirik. Buradakı insanlar üzülür. "Azərbaycan şəhid verdi" deyəndə gözü dolan insanlar gördüm. Sanki Türkiyədə bir əsgər şəhid olub. Biz Azərbaycanı hər zaman dəstəkləyirik. Lazım gəlsə, bu yolda canımızı da verməyə hazırıq”.

Göksəl Gülbəy təşkilatına üzv olan 150 iğdırlı qadın və kişinin daha əvvəl Azərbaycanın Qarsdakı baş konsulluğuna müraciət etdiyini və müharibə olarsa, müharibədə iştirak etmək istədiklərini bəyan edib.

“İllərdir burada PKK ilə mübarizədə minlərlə şəhid verdik. Azərbaycanın şəhid verməsinin nə demək olduğunu çox gözəl anlayırıq. Bu hissləri o qədər yaşadıq ki, Azərbaycanı bizdən yaxşı heç kəs anlaya bilməz”.

Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin rəhbəri Sərdar Ünsal da açıqlamasında Ermənistanı sərt tənqid edib.

“Ermənilər nə etdiklərini bilmirlər, fikrimcə, dünyadakı böyük dövlətlər Azərbaycanda vəziyyəti qarışdırmaq istəyirlər. İraqda, Suriyada olduğu kimi. Amma Azərbaycan dövləti güclüdür və bu qarışdırma işinə fürsət verməyəcək, ermənilərə lazımı dərsi verəcək. 11 əsgərimizin şəhid edilməsi bizi dərindən yaralayıb”.

Qarslı ziyalı Çətin Adıgözəl Azərbaycan xalqının hər bir kədərinin Türkiyə, xüsusilə də Qarsda yaşayanlar üçün də kədər olduğunu deyib.

“Əgər Azərbaycanda kəsərli bir ortam varsa, bir qardaş kimi, bir dost kimi bunu biz sizinlə paylaşırıq. Bunu bilin. Biz çox narahatıq, kaş ki, əlimizdə imkan olaydı, biz də o yerlərdə olaydıq. Qardaşlarımıza hər cür dəstəyi verəydik”.

O Qarsda yaşayan azərbaycanlıların erməni zülmündən uzun illər əziyyət çəkdiyini, öz dədə-baba yurdlarından qaçaraq Türkiyəyə sığındığını deyib. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm