"Obama Ukraynaya silah göndərməlidir"
Bizi izləyin

Dünya

"Obama Ukraynaya silah göndərməlidir"

ABŞ senatorları ölkə prezidenti Barak Obamanı Ukraynaya hərbi yardım etməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, respublikaçı senator Rob Portman və demokrat senator Ben Kardin bildirib ki, ABŞ təcili olaraq Ukrayna ordusuna yardım etməlidir.

“Siyasi və iqtisadi dəstək vacibdir. Lakin bu dəstək Ukraynanın məqsədinə çatmasına kömək etməyəcək. Əgər Ukrayna ordusu ölkənin cənub şərqində nəzarəti ələ ala bilməsə, siyasi və iqtisadi dəstəyin heç bir mənası olmayacaq. Kiyev hökumətinin Maydanda verdiyi vədə əməl etməsi üçün Ukrayna ordusuna təcili yardım göndərməliyik”, - deyə senatorlar bildirib.

Qeyd edək ki, Rob Portman və Ben Kardin Maydanda saabiq prezident Viktor Yanukoviçə qarşı keçirilən etiraz aksiyalarında şəxsən iştirak etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm