
Səudiyyə Ərəbistanı Kral ailəsinin nümayəndəsi ailəsi
ilə birlikdə çadırda qalıb.
ANS PRESS-in məlumatına görə, Əmr Xalid Bin Səid adlı kral
ailəsinin nümayəndəsi 37 nəfərlik ailəsiylə ilə birlikdə 5 ulduzlu
otelin həyətində istirahət etmək qərarı verib. Bolu Abant Təbiət
Parkının yaxınlığında olan otelə kişilərin girişi qadağan
edilib.
Əmr Xalid Bin Səid turistlərin bu əraziyə tez-tez səyahət etdiyi
üçün belə bir addım atıb. Otel rəhbərliyi 15 gün xidmət
göstərməyəcəklərini, yalnız Kral ailəsinə xidmət ediləcəyini
bildirib.
4 həyat yoldaşı və çox sayda uşağı olan Əmr Xalid 12 otaqlı lüks
oteldə yalnız qadın işçilərin işləməsinə razılıq verib.
Qeyd edək ki, Ramazan ayının bitməsiylə Abant Təbiət Parkına ərəb
turistlərin axını xeyli artıb.