Putinə çağırış: “Muharibə Kiyevin azad olunmasına qədər davam etməlidir”
Bizi izləyin

Dünya

Putinə çağırış: “Muharibə Kiyevin azad olunmasına qədər davam etməlidir”

Bu gün Moskvada millətçilər “Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublika”larına dəstək mitinqi keçirib.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, mitinq iştirakçıları Rusiya hakimiyyətindən Ukraynanın şərqinə qoşun yeritməyi tələb edib.
Mitinq iştirakçıları “Donetsk üçün döyüş!”, “Qələbəyə qədər müharibə!” və “Putin qoşunu daxil et!” kimi şüarlar səsləndirib. Mitinqdə çıxış edən Moskva Dövlət Universitetinin professoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri, ukraynalıları öldürməyə dəfələrlə açıq çağırışla edən Aleksandr Duqin bildirib ki, müharibə Luqansk və Donetskin, daha sonra isə rus Kiyevin azad olunmasına qədər davam etməlidir. O, həmçinin qeyd edib ki, Donetsk separatçılarının lideri İqor Strelkov və başqaları Rusiyanın düşmənlərinə qarşı vuruşur.
“Ukrayna xuntasının arxasına ABŞ dayanır. Onlar üçün güclü, qürurlu, qalib Rusiya lazım deyil. Onlar inkişafımızı dayandırmaq üçün hər şey edəcəklər. Rusiyanın istənilən insanı anlayır ki, bu bizim müharibəmizdir. Bizim yalnız bir çıxış yolumuz var, müharibəni udmaq və Novorusiyanı xilas etmək, Rusiyanı xilas etmək. Rusiya Federasiyası prezidentinə müraciət edirik: Donbası xilas et, qoşunu Ukraynaya daxil et”, - Duqin ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm