İsrail Qəzzadan geri çəkilir
Bizi izləyin

Dünya

İsrail Qəzzadan geri çəkilir

İsrail ordusunun quru hərbi birləşmələri Qəzzadan geri çəkilir.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu iddia ilə İsrail mediası çıxış edib.
Xatırladaq ki, İsrailin Qəzzaya qarşı hava əməliyyatı 7 iyulda başlayıb. Bir neçə günlük hava zərbələrindən sonra İsrail ordusu quru əməliyyatına başlayıb.

Son məlumatlara görə, 1650-yə qədər fələstinli öldürülüb.
İsrail və Həmas arasında bir neçə dəfə atəşkəs barədə razılıq əldə olunsa da, bu razılaşmalar bir neçə saat qüvvədə qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm