Jirinovski Kiyevin çağırışına cavab verdi
Bizi izləyin

Dünya

Jirinovski Kiyevin çağırışına cavab verdi

Rusiya Liberal Demokrat Partiyasının başçısı, Dövlət Dumasının üzvü Vladimir Jirinovski onu dindirilməsi üçün Kiyevə çağıran Ukrayna hakimiyyətinə cavab verib.

Publika.az xəbər verir ki, partiya sədri lenta.ru-ya açıqlamasında Kiyevə getməyə hazır olduğunu deyib.

Amma siyasətçi bildirib ki, rəsmi çağırışı gözləyir. Jirinovski əlavə edib ki, heç vaxt öz mövqeyinə gizlətməyib: “Mən Novorusiyanı dəstəkləyirəm və buna davam edəcəm. Mövqeyimi ifadə etmək mənim konstitusiya hüququmdur”, - Dövlət Dumasının üzvü dilə gətirib.

Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyinin əsas istintaq idarəsi Jirinovskini dindirməsi üçün çağırdı. Eyni çağırış Jirinovskidən başqa Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, biznesmen Konstantin Malafeyev və Rusiya müdafiə naziri Serqey Şoyquya ünvanlanıb. Onlar Ukraynanın şərqində qanunsuz silahlı birləşmələrini maliyyələşdirməkdə ittiham olunur.

Ukrayna Daxili İşlər Nazirliyi adıçəkilən Rusiya vətəndaşlarının çağırışı haqqında məktubu Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabova çatdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm