“Ermənistan türk dünyasına nəzarət edən ölkə ola bilər, əgər...”
Bizi izləyin

Dünya

“Ermənistan türk dünyasına nəzarət edən ölkə ola bilər, əgər...”

"Rusiya axmaqlıq eləməsə, Ermənistan Cənubi Qafqazın İsraili ola bilər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rus kəşfiyyatçısı, əslən erməni olan Vova Vartanov çıxış edib. O, Qondarma Qarabağ və Azərbaycan arasında baş verən ən son hadisələrə də birtərəfli qaydada münasibət bildirib:

“Erməni əsgərlər posta çatmamış təxminən 1000 metr aralıqdan vurulublar. Bəyanatda onların sərhəddə vurulduğu bildirilib. Əgər Rusiya hökuməti indiki kimi özünü axmaqcasına aparmasa, Ermənistan gec, ya tez bütün türk dünyasına nəzarət edən ölkə olacaq”.

Xatırladaq ki, bu gün Ermənistan Müdafiə Nazirliyi avqustun 1-dən 2-nə keçən gecə Azərbaycan diversantlarının hücumu nəticəsində 20 əsgər itirdiklərini və 26 əsgərin də yaralandığını açıqlayıb. Yayılan bəyanatda Azərbaycan ordusunun öz mövqelərinə çəkilməsi üçün müraciət də əksini tapıb. Məlumat üçün bildirək ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə erməni snayperlərinin açdığı atəş nəticəsində rəsmən 8 hərbçimiz şəhid olmuşdu. Həmin gün erməni rəsmileri Azərbaycanın itkilərinin çox olduğunu bildirərək, itki vermədiklərini açıqlamışdılar. Yalnız böyük miqdarda itki verdikləri gün Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki hərbçilərin öz mövqelərinə çəkilmələri haqda müraciət etmək qərarı verdi. Rusiya vətəndaşı olan erməni ekspertlər isə hadisəni birtərəfli təqdim etməklə, siyasi dəstək üçün müxtəlif variantlardan bu cür açıqlamalarla istifadə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm