295 nəfərin öldüyü "Boinq-777"nin qara qutuları açıldı
Bizi izləyin

Dünya

295 nəfərin öldüyü "Boinq-777"nin qara qutuları açıldı

İyulun 17-də Ukraynanın Donetsk vilayəti yaxınlığında qəzaya uğrayan MH17 reysi ilə uçan Malayziya təyyarəsinin qara qutuları ilə bağlı xəbər yayılıb.

ANS PRESS-in məlumatına görə, "Boinq-777" təyyarəsində danışıqların registratorunun deşifrə edilməsindən sonra məlum olub ki, pilotlar kabinəsində qəzadan bir neçə saniyə əvvəl hər şey qaydasında olub.

Səs registratorunda qeydə alınan səsin pilota aid olmadığı təsdiqlənsə də, həmin vaxt ekipaj üzvlərinin qəribə heç bir şeylə rastlaşmadıqlarının aydın hiss edildiyi bildirilir.

"The Sunday Times" qəzeti hadisə yerində müşahidələr aparan ATƏT ekspertlərinə istinadən yazır ki, müşahidəçilərin qəzadan əvvəl pilotla aviadispetçerlərin danışığına dair səsyazısını Ukrayna tərəfindən alıb-ala bilmədiyi hələ məlum deyil. Ekspertlər gələn həftə təhqiqatların ilkin nəticələrini elan edəcəklərini bildiriblər.

Malayziyanın paytaxtı Kuala-Lumpurdan Niderlandın paytaxtı Amsterdama uçarkən naməlum şəraitdə qəzaya uğrayan və raketlə vurulduğu ehtimal edilən təyyarədə olan 295 nəfərin hamısı ölmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm