Türkiyədə seçkilərə 1 həftə qaldı
Bizi izləyin

Dünya

Türkiyədə seçkilərə 1 həftə qaldı

ürkiyədə seçkilərə bir həftə qaldı – gündəm

BÖLÜM: Siyasət
YAYIM TARİXİ: 3 Avqust 2014 19:31

“10 avqustdan sonra ya Türkiyə demokratiya yolunda irəliləyəcək, ölkədən kənardakı etibarını yenidən qazanacaq, ya da ölkənin sıxıntılı günləri davam edəcək”. Bu sözləri prezident seçkilərinə 1 həftə qalmış Türkiyə müxalifətinin vahid namizədi professor Ekmeleddin İhsanoğlu İstanbulda tərəfdarlar ilə görüşündə deyib.

Müxalifətin “çatı adayı” bildirib ki, ölkənin demək olar bütün müxalifət partiyalarının dəstəklədiyi namizəd olaraq seçkini qazanacağına əmindir: “Türkiyənin problemləri Çankayada hirs və hikkə ilə deyil, dövlət və millətin maraqları nəzərə alınmaqla çözülməlidir. Bu seçim çox fərqlidir. Millət türk gəmisinin kapitanını seçir. Seçiləcək insan həm yaxşı kapitan olmalı, həm də suları yaxşı tanımalıdır. Türkiyə gəmisinin lal sularda dayanması yox, dalğalı suları yararaq irəliyə getməsi lazımdır”.

Professor İhsanoğlu Türkiyədə milli gəlirlərin vətəndaşlar arasında bərabər bölüşdürülməməsinə də diqqət çəkib: “İllərdir Türkiyə iqtisadiyyatı böyümür. Milli gəlirlərimiz 4-5 il öncə olduğu kimi qalır. Bu gedişlə 2023-cü ildə dünyanın 10 ən böyük iqtisadiyyatı olmaq hədəfimizə çata bilmərik. Türkiyədə inkişafı ləngidən səbəblərdən biri də milli gəlirin vətəndaşlar arasında düzgün bölüşdürülməməsidir. Ortadakı “gombul pişiklər” ciyərin iri parçasını öz qabaqlarına çəkir. Bu ədalətsizliyin qarşısını almaq hamımızın vəzifəsidir”.

Avqustun 3-də TRT-nin MHP sədri Bahçelinin çıxışını yarımçıq kəsməsi böyük ehtimalla müxalifət ilə kanal arasında yeni dartışma mövzusuna çevriləcək. Devlet Bahçelinin vətəndaşlarla görüşündən gedən canlı yayımda kanal çıxışı yarımçıq dayandırıb. Türkiyə namizədlərinin seçkidə bərabər rəqabət imkanlarının olmamasından danışan MHP lideri Devlet Bahçeli medianı azad olmaq prinsiplərini ayaqlar altına ataraq AKP-nin dirijor çubuğu üzrə hərəkət etməkdə suçlayıb: “TRT bütün imkanlarını AKP namizədi üçün səfərbər edib. Kanal təbliğat kampaniyası boyu Ərdoğana 550 saat, İsanoğluna 7 saat, digər namizədə 4 saat ayırıb. Bu kanal millətindir, milli maraqlara xidmət etməlidir. Ancaq görünür ki, TRT aylardır xalqın imkanlarını bir nəfərin xeyrinə istifadə edir”. Bu sözlərdən sonra kanal canlı yayımı dayandırıb və reklam çarxından sonra efirə başqa proqram verilib.

Yaşanan durum həm MHP-lilərin, həm də ana müxalifət partiyası təmsilçilərinin etirazına səbəb olub. Müxalifətçilər yaşanan olayı Türkiyədə söz azadlığına kobud basqı kimi qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm