Dünya
Terrorçular tutduqları ərazinin 75 faizini itirib
Ukraynanın şərqində terrorçuların nəzarət etdiyi ərazi
75 faiz azalıb.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə,
bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü
Andrey Lısenko bildirib.
O, terrorçuların nəzarət etdiyi ərazilərin azad olunması üçün
əməliyyatların hazırlandığını deyib. A.Lısenko ötən gecə Rusiyadan
Ukraynaya keçməyə cəhd edən terrorçuların geri qaytarıldığını qeyd
edib. Silah və döyüş sursatı çatışmazlığının olduğunu deyən Milli
Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü əllərindəki hərbi
ehtiyatın da terrorçulara qalib gəlmək üçün kifayət edəcəyini
vurğulayıb.
Xatırladaq ki. Dünən Ukrayna antiterror gücləri Donetsk
vilayətinin Marinka rayonunu ələ keçirib. Rayonun ələ keçirilməsi
ilə Ukrayna ordusu Donetsk şəhərinin ətrafına çıxıb.
Şahidlərin dediyinə görə, terrorçular başqa rayonlardan əlavə
hərbi texnika və canlı qüvvə gətirərək Donetskin müdafiəsini
gücləndirir.
Ömər Dağlı
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı