• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kürd namizəd Ərdoğana meydan oxudu: “Seçkilər ikinci tura qalsa...”

  • Dünya
  • 3 Avqust 2014 21:27
  • 808 Baxış
Kürd namizəd Ərdoğana meydan oxudu: “Seçkilər ikinci tura qalsa...”

Türkiyədə prezident seçkilərinə bir həftə qalıb. Prezidentliyə namizədlər uğur qazanmaq üçün son kartlarını istifadə edir.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Xalqların Demokratik Partiyasının həmsədri, prezidentliyə namizəd milliyyətcə kürd olan Səlahəddin Demirtaş Kadıköydə keçirilən mitinqdə xalqa müraciət edib.

S.Demirtaş onun namizəd olması ilə baş nazir, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın planlarının pozulduğunu bildirib.

“Həqiqətən əlli faizdən çox səsim var deyirsənsə bu təlaş nə üçündür? Bir halda ki, bu qədər səsin var, iki saatlıq bir televiziya proqramından niyə qorxursunuz? Canlı yayımda danışaq”, - kürd namizəd Ərdoğana səslənib.

S.Demirtaş seçkilərin ikinci tura qalacağı halda Ərdoğana qalib gəlmə ehtimalı olan yeganə namizədin özü olduğunu söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR