Ukraynada daha bir təyyarə vuruldu
Bizi izləyin

Dünya

Ukraynada daha bir təyyarə vuruldu

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus daha bir “Su-25” qırıcısı separatçılar tərəfindən vurulub.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Donetsk separatçılarının hərbi qərargahından bildirilib.

Məlumata görə, vurulan təyyarənin qırıntılarını tapmaq mümkün olub. Qırıcının pilotu barədə isə məlumat yoxdur. Onun axtarışı davam edir.

Xatırladaq ki, 23 iyul tarixində də Donetsk vilayətində Ukrayna ordusunun iki “Su-25” qırıcısı separatçılar tərəfindən vurulmuşdu. Hər iki təyyarənin pilotu tullanmağa imkan tapmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm