“Qarşıdakı 48 saat daha dəhşətli olacaq”- Şok plan
Bizi izləyin

Dünya

“Qarşıdakı 48 saat daha dəhşətli olacaq”- Şok plan

“Qəzzada quru əməliyyatları sona çatmadı, qarşıdakı 48 saat daha şiddətli olacaq”.


Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “Anadolu” xəbər agentliyinə açıqlamasında İsrail ordusunun sözçüsü Avihai Adera bildirib.


O, İsrail Təhlükəsizlik Şurasının quru əməliyyatların başa çatması barədə qərar vermədiyini, bəzi birliklərin yenidən qurulması üçün geri çəkildiyini dilə gətirib. İsrail ordusunun sözçüsü bunun quru əməliyyatlar üçün normal hal olduğunu və İsrail ordusunun döyüş taktikalarından sayıldığını vurğulayıb.


İndiyə qədər çoxlu sayda tuneli məhv etdiklərini deyən Adera qalanlarının da məhv edilməsi üçün bir neçə günə ehtiyac olduğunu ifadə edib.


Qəzzadan mərhələli şəkildə dünən geri çəkilməyə başlayan “Merkava” tanklarının isə yenidən İsrail-Qəzza sərhədində mövqe tutduğu xəbər verilir.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm