Ərdoğan ən böyük arzusu və vəsiyyətini açıqladı
Bizi izləyin

Dünya

Ərdoğan ən böyük arzusu və vəsiyyətini açıqladı

Türkiyədə prezident seçkilərinə bir həftə qala prezidentliyə namizədlər ölkənin müxtəlif bölgələrində mitinqlərini keçirməkdə davam edirlər.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasından prezidentliyə namizəd, baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulun Maltəpə bələdiyyəsində seçiiciləri ilə görüşüb.
Mitinqdə ən çox diqqət çəkən məqam prezidentliyə namizədin ən böyük arzusu və vəziyyətini açıqlamasıdır.

“Təxmin edirəm ki, bu baş nazir olaraq İstanbulda keçirdiyim bəlkə də son mitinq olacaq. Mən bu gün İstanbulla, sizlərlə vidaıaşmıram. Allah qoysa, doğulduğum bu şəhərdə vəfat etmək, heç olmasa bu şəhərdə dəfn edilmək mənim ən böyük arzum və ən böyük vəsiyyətimdir”, - baş nazir deyib.

Xatırladaq ki, bir müddət əvvəl Cümhuriyyət Xalq Partiyasından (CXP) olan millət vəkili İhsan Özkes baş nazir Rəcəb Tayyib Ərdoğanın vəsiyyəti ilə bağlı iddialara aydınlıq gətirmək istəyib. Millət vəkili suallarını baş nazirin köməkçisi Bülənt Arınca ünvanlayıb. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın onun İstanbulun Çamlıca Təpəsində inşa olunan məscidin həyətində dəfn edilməsi barədə vəsiyyət etdiyi iddia edilir.

Millər vəkili İhsan Özkes Bülent Arınça aşağıdakı sualları ünvanlamışdı:
1.Rəcəb Tayyip Ərdoğanın Çamlıca Təpəsindəki məscidin həyətində dəfni ilə bağlı vəsiyyət etdiyi doğrudurmu?
2.İddialar doğrudursa, 57 min 511 kvadrat metrlik sahədə yerləşən və xərci 100 milyon lirəni keçəcəyi bildirilən məscid Ərdoğanın türbəsi üçünmü inşa olunur?
3.Bu günə qədər həyatını itirmiş keçmiş baş nazirlərdən neçəsinin türbə şəklindəki məzarı məscidin həyətindədir?

CXP-li millət vəkilinin bu sualları isə cavabsız qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm